30 noyabr 2021 12:23
822

Zaur Qəhrəmanov: Bu il Petkim üçün çox uğurlu olub

"Petkim Türkiyənin yeganə neft-kimya kompleksidir. Bu il, yəni 2021-ci il Petkim üçün çox uğurlu bir il olub."

"İki sahil" xəbər verir ki, bu fikri “SOCAR Türkiyə”nin baş direktoru Zaur Qəhrəmanov Azərbaycan media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında deyib.

Z.Qəhrəmanov bildirib ki, bu il Petkimin gəlirləri rekord həddə olacaq: “İl hələ bitməyib ancaq artıq bizim gəlirlərimiz rekord həddədir”, - deyə Z.Qəhrəmanov qeyd edib.

O vurğulayıb ki, Petkim Türkiyənin neft-kimya məhsullarına olan tələbatının 17 faizini qarşılayır.

Z.Qəhrəmanov vurğuıayıb ki, Petkim kompleksi ildə 3.6 milyon ton fərqli neft-kimya məhsulları istehsal edir və onun 50 faizi Türkiyə daxilində, 40 faizini isə Avropaya, Koreyaya və digər ölkələrə ixrac edir. 

O əlavə edib ki, bu il Türkiyə üçün bir qədər çox məhsul istehsal edilib.