Trans-Anadolu boru kəməri (TANAP) vasitəsi ilə 30 iyun 2018-ci il tarixindən 26 noyabr 2021-ci il tarixinədək Türkiyəyə 13,4 mlrd. kubmetr qaz çatdırılıb.
“İki sahil” xəbər verir ki, bu barədə İstanbulda keçirilən mətbuat konfransında SOCAR-ın Türkiyədəki törəmə şirkəti "SOCAR Türkiyə"nin baş direktoru Zaur Qəhrəmanov bildirib.
Onun sözlərinə görə, 2021-ci ilin yanvar ayından 26 noyabr 2021-ci il tarixinə qədər TANAP-la Avropaya 7,09 mlrd. kubmetr təbii qaz ötürülüb.
Qeyd olunub ki, TANAP Türkiyənin təbii qaz ehtiyacının təqribən 12%-i təkbaşına təmin etmək gücünə sahibdir.
SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin yeni brend adı təqdim edilib - FOTO
SOCAR-ın prezidenti “Özbəkistanın nefti və qazı” 28-ci beynəlxalq sərgi-konfransında iştirak edib - FOTO