30 noyabr 2021 12:52
1199

“SOCAR Türkiyə”nin vergisiz mənfəəti 750 milyon dollardan çox olacaq

Bu il “SOCAR Türkiyə”nin faiz, vergi və amortizasiya hesablanmazdan əvvəlki mənfəəti (EBİTDA) təqribən bir milyard dollar təşkil edəcək.

"İki sahil" xəbər verir ki, “SOCAR Türkiyə”nin baş direktoru Zaur Qəhrəmanov Azərbaycan media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında deyib.

Z.Qəhrəmanov bildirib ki, şirkətin illik EBİTDA gəliri təqribən 750 milyon dollar təşkil edir, lakin bu il ərzində gəlirlər orta gəlirlərdən çox olacaq.