30 noyabr 2021 12:59
1032

Zaur Qəhrəmanov: "SOCAR Türkiyə"nin lirə ilə əməliyyatları azdır

"Türkiyə lirəsinin məzənnəsi ilə bağlı vəziyyət “SOCAR Türkiyə”nin fəaliyyəti üçün böyük risklər daşımır."

"İki sahil" xəbər verir ki, bunu “SOCAR Türkiyə”nin baş direktoru Zaur Qəhrəmanov Azərbaycan media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında deyib.

Z.Qəhrəmanov bildirib ki, şirkətin lirə ilə əməliyyatları azdır: “Məhsulların topdan satışı dollar ilə aparılır. Lirə ilə olan əməliyyatlar gündəlik həyata keçirilir. Yəni bizə bir günün təsiri ola bilər. 90 faiz əməliyyatlar dollar ilə aparılır. Bizim üçün əsas risklər qlobal müstəvidə olan risklərdir.”