“SOCAR Türkiyə”nin mövqeyi güclüdür. Bizə həm Azərbaycan, həm də Türkiyə hökuməti dəstək göstərir."
"İki sahil" xəbər verir ki, bunu “SOCAR Türkiyə”nin baş direktoru Zaur Qəhrəmanov Azərbaycan media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında deyib.
Z.Qəhrəmanov bildirib ki, "SOCAR Türkiyə" şirkəti Türkiyədə sənaye bölgəsi statusu alan ilk şirkətdir: “Həm Azərbaycan, həm də Türkiyə dövlətinə göstərdikləri dəstəyə görə təşəkkür edirik.”
O qeyd edib ki, şirkət fəaliyyətini gücləndirmək niyyətindədir: “Bəzi investisiyalar yatırımı etmək niyyətindəyik. BP ilə birgə neft-kimya sahəsində fəaliyyətimizi genişləndirmək niyyətimiz var. Ancaq biz bu imbestisiyanı doğru zamanda etməliyik."
Z.Qəhrəmanov vurğulayıb ki, pandemiya səbəbindən illik planlaşdırma aparmaq mümkün deyil: “Artıq həftəlik planlaşdırma aparırıq. Pandemiya ilə bağlı vəziyyətin necə olacağını söyləmək çətindir."