30 noyabr 2021 13:57
902

Bakıda Aşıq Ələsgərin abidəsi ucaldılacaq

Bakı şəhərində ustad sənətkar Aşıq Ələsgərin abidəsi ucaldılacaq.

“İki sahil” xəbər verir ki,  bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Bakı Şəhər İcra Hakimiyyətinə Mədəniyyət Nazirliyi ilə birlikdə Aşıq Ələsgərin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək, Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.