04 oktyabr 2026 16:11
109

“4 oktyabr – Cəbrayıl Şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgiləri istifadəçilərə təqdim olunub

Oktyabrın 4-də Milli Kitabxanada Vətən müharibəsində ilk böyük qalibiyyətin qazanıldığı gün münasibətilə “4 oktyabr – Cəbrayıl Şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgiləri istifadəçilərə təqdim olunub.

“İki sahil” xəbər verir ki, bu barədə Milli Kitabxanadan məlumat verilib. Bildirilib ki, sərgilərdə Cəbrayıl şəhərinin tarixi, toponimləri, tarixi əhəmiyyət daşıyan qədim maddi-mədəniyyət abidələri haqqında, həmçinin Vətən müharibəsindən, şanlı Qələbədən, tarix yazan qəhrəmanlardan, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərin, şəhidlərin döyüş yolundan bəhs edən ədəbiyyatlar Azərbaycan və digər dillərdə nümayiş olunur.