01 dekabr 2021 15:51
839

İlqar Mikayıloğlu şəhid Fizuli Cavadovla yazışmasını paylaşdı FOTO

Aparıcı İlqar Mikayıloğlu ötən gün DSX-nın Mi-17 tipli hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində şəhid olan polkovnik Fizuli Cavadovla "WhatsApp" yazışmasını paylaşıb.

“İki sahil” xəbər verir ki,  o, Fizuli Cavadovla dost olduğunu qeyd edib:

"Bu gün daha bir döyüş dostumu itirdim. Pilot polkovnik Fizuli Cavadov... Şəhid Fizuli... Neçə uçuşda bir yerdə olmuşuq. Vertolyotçular zarafatla mənə "Fizulinin şturmanı" deyirdi. Müharibədə onun "bort streloku" olacaqdım. Sözləşmişdik... Amma o qəza nəticəsində şəhid oldu.

Allah qəzada şəhid olan hərbçilərimizə rəhmət etsin. Allahdan yaralılara şəfa diləyirəm".