01 dekabr 2021 18:45
427

ABŞ səfiri Tərtərdə münaqişədən zərər çəkmiş sakinlərlə görüşüb FOTO

ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer Tərtər rayonunun Şəhlabad və Əskipara kəndlərinə səfər edib.

“İki sahil” xəbər verir ki,  bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin "Facebook" hesabında bildirilib.

Səfirliyin məlumatına görə, L. Litzenberqer kəndlərin münaqişədən zərər çəkmiş sakinləri ilə görüşüb, onların həyatı və keçmiş təmas xəttinə yaxın ərazidə yaşadıqları çətinliklərlə tanış olub.

O, “StatePRM” proqramı çərçivəsində kəndlərdə ABŞ tərəfindən maliyyələşdirilən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) proqramları ilə tanış olmaq üçün BMT QAK-ın Azərbaycandakı nümayəndəsi Quido Ambroso ilə də görüşüb.

Qeyd edək ki, ABŞ BMT QAK-in Azərbaycandakı proqramlarına 3,9 milyon dollardan çox maliyyə vəsaiti ayırıb.