Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) İraqın şimalında - Qara yaşayış məntəqəsi yaxınlığında həyata keçirdiyi əməliyyat zamanı 2 PKK terrorçusu zərərsizləşdirilib.
“İki sahil” xəbər verir ki, MİT-in keçirdiyi başqa bir əməliyyatda PKK/KCK terrorçuları - Sarina/Diljin kod adlı Pervin Arslan və təşkilatın yüksək səviyyəli səlahiyyətlilərindən sayılan Duran Kalkanın mühafizəçisi olan Mazlum Cir Agiri kod adlı Emrah Adıgüzel saxlanılaraq Türkiyəyə aparıllıb.
BMT Baş katibi dövlətləri Yaxın Şərqdəki atəşkəsi davamlı sülhə çevirməyə çağırıb