03 dekabr 2021 22:21
1865

Cəlilabad Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısına yeni müavin təyin edilib.

“İki sahil” xəbər verir ki, bu barədə rayon icra başçısı Rafiq Cəlilov müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən Xudaverdiyev Qalib Firudin oğlu Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, əvvəlki müavin Mansur Məmmədov təxminən 2 həftə əvvəl vəzifəsindən azad edilib.