“Bu gün həmkarım Erkin Qədirli ilə AŞPA-nın Hüquq Komitəsinin Parisdə keçirilən iclasında iştirak edirik. İclasda Emin Hüseynovun təşkilatçılığı ilə Azərbaycan ordusunun nüfuzdan salınması ilə bağlı hazırlanmış və bir sıra Avropa deputatları tərəfindən imzalanan qətnamə təşəbbüsü keçmədi”.
“İki sahil” xəbər verir ki, bu fikirləri deputat Kamal Cəfərov feysbuk səhifəsində yazıb. Millət vəkili bildirib ki, komitə üzvlərindən heç kim bu mövzuda məruzəçi olmaq istəməyib: “Komitə bu məsələyə baxmayacaq, baxsa, yalnız Büro baxa bilər. Eyni zamanda qətnamə təşəbbüsünə imza atan deputatlarla bağlı AŞPA-nın İntizam Komissiyasına müraciət ünvanladım”.
Qeyd edək ki, Emin Hüseynov hazırda İsveçrədə yaşayır.
Prezident İlham Əliyevin dövlət səfəri Özbəkistan mətbuatında geniş işıqlandırılıb
Şavkat Mirziyoyev: Azərbaycan Prezidentinin Özbəkistana səfəri tarixi hadisədir
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
Prezident İlham Əliyev: “Yeni Daşkənd” layihəsi müasir şəhərsalmanın nadir əsəridir