08 dekabr 2021 18:59
907

Misirdə Mədəniyyət Nazirliyinin sərgisi təşkil olunub

8-10 dekabr tarixlərində Misir Ərəb Respublikasının Qahirə şəhərində keçirilən ikinci Ali Təhsil və Elmi Tədqiqatlar üzrə Qlobal Forumu çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sərgi açılıb.

Nazirlikdən "İki sahil"ə verilən məlumata görə, sərgidə Azərbaycan mədəniyyəti və tarixinə həsr olunan videoçarxlar, cari ildə 880 illik yubileyi qeyd olunan dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi, Azərbaycanın mədəniyyəti paytaxtı olan Şuşa şəhəri, o cümlədən Qarabağ haqqında dolğun məlumatlar ziyarətçilərə təqdim olunur. Həmçinin, ziyarətçilərə ölkəmiz haqqında kitablar da paylanılır.

Dekabrın 10-dək davam edəcək sərgidə Azərbaycan guşəsinə böyük maraq göstərilir.

Qeyd edək ki, mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Misir Ərəb Respublikasında səfərdədir.