09 dekabr 2021 15:24
807

Cəlilabadda şəhid Namiq Həsənovun anım mərasimi keçirilib - FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Cəlilabad rayon təşkilatının rəhbərliyi və fəalları, Rayon İcra Hakimiyyəti, hüquq-mühafizə orqanları, din xadimləri, qazilər və ictimaiyyətinin nümayəndələri Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsindəki döyüşlərdə qəhrəmancasına şəhid olmuş Göytəpə şəhər sakini Həsənov Namiq Razim oğlunun şəhadətinin ildönümünə həsr edilmiş mərasimdə iştirak ediblər.

“İki sahil” xəbər verir ki, mərasimdə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin əziz xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub, onun döyüş yolu barədə söhbət açılıb və valideynlərinə dərin hüznlə başsağlığı verilib.

Allah bütün şəhidlərimizin məkanını cənnət, məqamını ali etsin!