04 mart 2026 22:06
106

Braziliya səfiri də daxil olmaqla üç ölkənin diplomatları Azərbaycana təxliyə olunub

Braziliya səfiri də daxil olmaqla Xorvatiya və İspaniyanın İrandakı səfirlik əməkdaşları, eləcə də diplomatik nümayəndəliklərin təmsilçiləri “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təxliyə olunublar.

“İki sahil” xəbər verir ki, təxliyə prosesi müvafiq prosedurlara uyğun şəkildə həyata keçirilib və hər üç ölkənin səfirliklərini təmsil edən ümumilikdə 30 nəfərin Azərbaycan tərəfinə keçidi təmin olunub.

Qeydiyyat prosedurlarından sonra onlar təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar. “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində təxliyə prosesi fasiləsiz davam etdirilir və keçidlər müvafiq prosedurlara uyğun olaraq, aidiyyəti qurumların nəzarəti altında həyata keçirilir.