Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının yaradılmasının 22 illiyi və rayon partiya təşkilatının Gənclər Birliyinin növbəti IV hesabat-seçki konfransı ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, parlamentin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Sevinc Fətəliyeva və digər qonaqlar iştirak ediblər.
YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov rayon partiya təşkilatının yaradılmasından keçən 22 ildə bir çox uğurlara imza atıldığını bildirib. O, rayon partiya təşkilatının ötən illər ərzində gördüyü işlərdən, həyata keçirdiyi tədbirlərdən danışıb. Sonra rayon partiya təşkilatı Gənclər Birliyinin ötən dövr ərzində fəaliyyəti haqqında videofilm göstərilib.
YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri Qüdsi Bayramov birliyin fəaliyyəti haqda məruzə ilə çıxış edib.
Daha sonra təşkilatı məsələlərə baxılıb. Gənclər Birliyinin 39 nəfərdən ibarət Şura, 11 nəfərdən ibarət İdarə Heyəti, sədr və sədr müavinləri və YAP Gənclər Birliyinin respublika konfransına 7 nəfərdən ibarət nümayəndə heyəti seçilib. Səsvermə nəticəsində YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin İdarə Heyətinin üzvü Mahmud Məmmədzadə Gənclər Birliyinin sədri, İdarə Heyətinin üzvləri Telman İmanov və Nəzirə Rzazadə isə sədr müavinləri seçiliblər.
Konfransda çıxış edən Eldar İbrahimov və Sevinc Fətəliyeva Binəqədi rayonunda gənclərin ictimai-siyasi cəhətdən daim fəal olduqlarını söyləyib, onlara uğurlar arzulayıblar.
Xaləddin İsgəndərov ölkəmizdə dövlət gənclər siyasətinin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, bu siyasəti hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyini bildirib. O, gənclərlə bağlı qəbul edilən müxtəlif dövlət proqramlarından danışıb.
Sonda rayon partiya təşkilatının yaradılmasının 22 illiyi münasibətilə bir qrup şəxsə fəxri fərmanlar, partiya sıralarına yeni qəbul olunmuş gənclərə isə vəsiqələri təqdim edilib.
Bölmədən digər xəbərlər
24 noyabr 2015 04:00
24 noyabr 2015 04:00
24 noyabr 2015 04:00