Əməkdar artist Xumar Qədimova yeni mahnısını təqdim edib.
“İki sahil” xəbər verir ki, sevilən sənətçinin budəfəki ifası “Sən və Mən” adlanır. Mahnının sözləri ŞAH-a, musiqisi isə Xumar Qədimovanın özünə aiddir.
Xumar Qədimova mahnını ilk dəfə dünən ATV-də yayımlanan “7 Canlı” verilişində ifa edib. Nəğmə qısa zamanda dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" uğurla başa çatıb
Dənizkənarı Milli Parkda möhtəşəm musiqi axşamı: Tünzalə Ağayeva gecənin ulduzu oldu