27 dekabr 2021 11:35
847

Rusiyada "Şaxta baba"nın təbriki son dörd ildə 70% bahalaşıb

Rusiyada "Şaxta baba"nın təbriki xidməti son dörd ildə orta hesabla 70% bahalaşaraq 1 755 rubla (24 ABŞ dolları) çatıb.

"İki sahil"in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə "Tinkoff Data" analitik layihəsinin araşdırmasında deyilir.

"Tədqiqatın nəticələrinə görə, ölkədə Şaxta babanın təbrikinin orta qiyməti 2018-ci ildən bəri təxminən 70% artaraq 1 755 rubl təşkil edib", - məlumatda deyilir.

Bir milyondan çox əhalisi olan şəhərlər arasında ən yüksək "Şaxta baba indeksi" Moskvada qeydə alınıb – 2 200 rubl (30 dollar) təşkil edir. Ən yüksək indeksə malik şəhərlər sırasına həmçinin Sankt-Peterburq (1 902 rubl – 26 dollar), Rostov (1 835 rubl – 25 dollar), Nijni Novqorod (1 825 rubl – 24,8 dollar) və Yekaterinburq (1 750 rubl – 23,8 dollar) daxildir. Bildirilir ki, milyonluq şəhərlər arasında minimum göstərici Samarada qeydə alınıb. Bu şəhərdə bir təbrik orta hesabla 1 466 rubla (19,9 dollar) başa gəlir.

Regionlar üzrə indeksdəki dalğalanmalara baxmayaraq, "Şaxta baba"nın təbriki xərcləri ölkə üzrə eyni paya malikdir – bir şəhər sakininin orta aylıq xərclərinin 3%-i qədər.