Keniyada baş verən etiraz aksiyaları zamanı azı 8 nəfər həyatını itirib, 400-dən çox şəxs isə xəsarət alıb.
“İki sahil” xəbər verir ki, bu barədə Keniya Hüquq Cəmiyyəti, Polis İslahatı İşçi Qrupu və Keniya Tibb Assosiasiyasının yaydığı birgə bəyanatda bildirilib.
Təşkilatlar həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, nümayişlərin ölkənin 47 dairəsindən 23-nə yayıldığını qeyd ediblər.
Bəyanatda vurğulanıb ki, tibbi yardım göstərilən 400 nəfərdən 83-ü ağır bədən xəsarətləri alıb: “Ən azı səkkiz etirazçı güllə yarası alıb. Yaralılar arasında üç polis əməkdaşı da var”.