07 yanvar 2022 22:35
1097

İsa bulağında mahnı oxudu - VİDEO

Müğənni-bəstəkar Hacı Nazim Şuşaya yollanıb.

“İki sahil” xəbər verir ki, bu barədə sənətçi instaqramda paylaşım edib. O, İsa bulağının yanında "Xarı Bülbül" mahnısını səsləndirib.

Həmin görüntüləri paylaşan Nazim bildirib ki, arzularından biri gerçək olub: "Əziz Şuşanı gördüm. Şuşa ilmiz mübarək olsun. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin. Yaşasın Ali Baş Komandan".