10 yanvar 2022 13:50
1428

“Star” NEZ Amailin karyerasında uğurlu təməl olub

SOCAR-ın Türkiyədəki nəhəng layihəsi “Star” neft emalı zavodunda (NEZ) iş həyatına qədəm qoyan gənclərimizdən biri də Amail Məmmədovadır.

“İki sahil” xəbər verir ki, SOCAR BANM-in məzunu Amail Məmmədova barədə sosial şəbəkədə paylaşım edib.

Paylaşımda qeyd olunur ki, BANM-nin «Kimya mühəndisliyi» fakültəsindən 2017-ci ildə məzun olduqdan sonra “Star” NEZ-də işə başlayan Amail proses şef mühəndisidir. Onun əsas işi istehsal prosesini izləyib, müştərinin istədiyi standartlara uyğun məhsul istehsalını tətbiq etməkdir. Bir çox gənclərin həyatına ulduz kimi parlayan “Star” neft emalı zavodu hərtərəfli mühəndislik təcrübəsi əldə etmək üçün Amailin karyerasında uğurlu bir təməl olub, yalnız texniki cəhətdən yox, eyni zamanda bacarıqlı idarəçi, lider kimi inkişaf etməsində əvəzsiz rol oynayıb. “Star”ın gənc komandası ilə qürurluyuq.