İrlandiya yanvarın 13-dən peyvənd olunmuş xarici turistlərdən mənfi COVID-19 testi (PCR test) tələb etməyəcək.
"İki sahil"in "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə İrlandiyanın Baş naziri Maykl Martin deyib.
Ölkəyə gələn peyvənd olunmamış turistlərdən isə hələ də gəlməmişdən 72 saat əvvəl alınan mənfi nəticəli PCR testi tələb olunacaq.
Qeyd edək ki, ölkəyə gələnlər üçün qaydaların sözügedən yumşalmasına baxmayaraq, hazırda İrlandiyada COVID-19-un "Omicron" variantı geniş yayılıb və bu səbəbdən hökumət gecə klublarının, pabların və restoranların saat 20:00-dan sonra fəaliyyətini qadağan edib.
Aİ Rusiyanın "kölgə donanması"na aid olduğu ehtimal edilən tankerə desant çıxarıb
Berlində "Gen Z regelt" hərəkatının aksiyasında 1 200-ə yaxın şəxs iştirak edib
“Starship” təkrar istifadə edilən raket sınağından uğurla keçib və orbitdən eniş meydançasına qayıdıb
İordaniya məhkəməsi kilsədə terror aktı törədən üç nəfəri edam cəzasına məhkum edib