11 yanvar 2022 10:35
1001

Lətifə Soyuöz: O qədər lazımsız insanlar var ki... - VİDEO

Müğənni Lətifə Soyuöz "Xəbər-ətər" proqramında qonaq olub.

“İki sahil” xəbər verir ki, sənətçi verilişdə bəzi həmkarlarından utandığını deyib: "Şou-biznesin adı var, amma özü yoxdur. Əbəttə ki, biz onun içindəyik. Sadəcə o qədər lazımsız insanlar var ki... Həqiqətən şousu, mahnıları olan insan utanır deməyə ki, mən şou-biznesdəyəm. Biz bu gün operaya da getsək, orada bir şou var. O da bilet satır, biznesdir".