12 yanvar 2022 23:17
539

Təcavüzkar Ermənistan hara, «sülhyaratma» missiyası hara!

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı kontingenti tərkibində Qazaxıstana gedən Ermənistanın bu missiyada iştirakının bir adı vardır: Tülkü həccə gedir

Son günlərdə Qazaxıstanda baş verən hadisələr, ölkədə sabitliyin pozulması, qarşıdurma hallarının yaranması dünya siyasətinin gündəmindədir. İstər region, istərsə də türk dövlətləri yaranan vəziyyətdən narahat olduqları kimi, Qazaxıstanda vəziyyətin normallaşması üçün səylərini birləşdirir, yardımlarını təklif edirlər.

Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının Qazaxıstanda baş verən hadisələrlə bağlı növbədənkənar iclasında qəbul olunan bəyanatda bu ölkədə hökumətin Konstitusiya quruluşunu devirməyə yönəlmiş terrorçulara, ekstremistlərə və cinayətkarlara qarşı həyata keçirilən antiterror əməliyatları dəstəklənib. Eyni zamanda, «Türk Dünyasına Baxış 2040» sənədinin milli və beynəlxalq çağırışlar qarşısında koordinasiya, əməkdaşlıq və qarşılıqlı yardım üçün bələdçi olduğu bildirilir. Bəyanatda qeyd olunur ki, TDT böhrandan çıxmaq üçün qazax xalqını, hökuməti dəstəkləməyə hazırdır.

Bu ölkədə baş verən gərginliklə bağlı müxtəlif fikirlər açıqlanıb, rəylər səsləndirilsə də son söz müdriklik göstərən qazax xalqına məxsusdur. Qazaxıstanın Prezidenti Kasım- Jomart Tokayevin müraciətinə əsasən Rusiyanın, Belarusun, Qırğızıstanın, Tacikistanın, Ermənistanın daxil olduqları Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı kontingenti Qazaxıstandadır, öhdəsinə düşən vəzifəni icra edir. Təəccüb doğuran məsələ hadisə yerinə göndərilən KTMT sülhməramlı qüvvələrinin tərkibində Ermənistanın 70 hərbçisinin də olmasıdır. KTMT-nin sədri, Ermənistanın baş naziri Nikol Paşinyan yaranan fürsətdən istifadə edərək qəddar ermənilərə də «sülhməramlı» donu geyindirib. Təyinatlara görə respublikada mövcud olan kütləvi etirazlar fonunda strateji əhəmiyyətli obyektlərin mühafizəsini təmin etmək Ermənistan hərbçilərinə həvalə olunub. Sonradan bəlli oldu ki, ermənilərin qorumalı olduqları «strateji obyektlər» çörək sexləridir. Hiyləgər ermənilərin vəzifələrini yerinə yetirərkən o sexlərdə xəmirdən başqa nələri qarışdıracaqları müəmmalıdır. Nədənsə, quzunu qurda tapşırmaq məsəli yada düşür. Maraqlıdır, dünyada terrorçu, işğalçı, separatçı, qaniçən kimi tanınan Ermənistan Qazaxıstanda nə üzlə, hansı prinsiplərə uyğun sülh yaradacaq. Belə yerdə deyiblər ki, utanmasan oynamağa nə var ki. Sınaqdan çıxmış «cinayət yerinə ilk gedən qətli sifariş verən olur» sözləri də Ermənistanın simasında təsdiqlənir. Faşizm ideologiyasını milli xüsusiyyətləri kimi yaşadan ermənilər dünyada qaniçən, vəhşi kimi tanınırlar. Erməni yazar Akop Melik Akopyanın yazdığı kimi, kilsə ədəbiyyatından başqa heç bir yazılı mənbəyi , tarixi olmayan ermənilər özlərini xristianlığın ilk nümayəndələrindən hesab edib, yalan üzərində formalaşan tarixlərini həqiqət kimi sübut etməyə çalışsalar da dünyanın tanınmış siyasətçiləri, tarixçiləri bu iddianın saxta olduğunu rəsmi surətdə təsdiqləyirlər. «Ermənilik nədir» sualının ən qısa və aydın cavabı belədir: Ermənilik insanlığa qarşı güc məfhumudur. Törətdikləri terrorlar, ğırgınlar, cinayətlər sayəsində sərvətlərini artırmaq, erməni lobbisini maliyyələşdirməkdir. Qonşu ölkələrin əraziləri hesabına özləri üçün dövlət quran bu toplumun milli xarakterini izah edən rus yazıçısı və diplomatı Aleksandr Qriboyedov yazırdı ki, köçkün kimi məskunlaşdıqları əraziləri mənimsəyən ermənilər maraqlarını həyata keçirmək istəyən başqalarının oyuncağına çevrilən yalançı, qul xislətli, qana həris vəhşidirlər.

Erməni qaniçənliyinin izahına ehtiyac yoxdur. Dünyada elə bir dəhşətli terror, qırğın, faciə yoxdur ki, orada erməni ASALA-sı iştirak etməsin. İnsan qanına susamaq kimi vəhşilikləri milli xarakterlərində formalaşdıran ermənilər haqqında xoş söz yazılan mənbə, tarixi fakt yoxdur və olmayacaq da. Fransız alimi De Banın «Erməni xalqının qəhrəmanlığı barədə bir şey eşidən olubmu? Onların azadlıq mübarizləri olduğu harada yazılıb? Heç yerdə! Çünki ermənilərin «qəhrəmanları»” həmişə öz xalqının xilaskarından çox, cəlladı olub» sözləri bugünümüz üçün də xarakterikdir.

Zəbt etdikləri məkanlarda milli mənsubiyyətlərinin dəyişilməz xarakterlərinə uyğun xarabalıq yaradan ermənilərin vəhşiliklərinin, türklərə, ümumiyyətlə, müsəlmanlara qarşı törətdikləri cinayətlərin hər biri faciə, terror hadisəsidir. Ötən əsrlərdə, müasir tariximizdə erməni daşnaklarının, ASALA silahlılarının Azərbaycanda və Türkiyədə törətdikləri terrorlar, qanlı faciələr, soyqırımlar nəticəsində vəhşicəsinə, amansızlıqla, qəddarlıqla öldürülən müsəlmanların sayı bəşəri dəyərlərdən uzaq ermənilərin ümumi sayından bir neçə dəfə çoxdur. Türkiyənin Anadolu bölgəsində, 1905-1907, 1918-ci illərdə, son 30 ildə Azərbaycanda günahsız insanları qətlə yetirən ermənilərdən vasitə kimi istifadə olunmuş, daşnakların cinayətlərinin qarşılığında tula payı olaraq onlara qonşularının torpaqlarını zəbt etmək imkanı yaratmışlar. Erməni məkrinin, hiyləsinin, qəddarlığının nəticəsi olan Sumqayıt hadisəsi, 20 Yanvar qırğını, Xocalı soyqırımı, 30 il işğal altında saxladıqları Azərbaycan torpaqlarında, Birinci və İkinci Qarabağ müharibələrində soydaşlarımıza qarşı törədilən vəhşiliklər görənləri dəhşətə gətirir. «Erməni qəbiristanlıqdan keçdisə mütləq bir ölü əskik olmalıdır» deyimi bu toplumun çirkinlikləri haqqında söylənilən yüzlərlə nümunədən biridir. Sabit daxili və xarici siyasəti olmayan, başqalarının diktəsi ilə hərəkət edən Ermənistanın 10 noyabr 2020-ci ildə imzaladığı kapitulyasiya aktına hələ də əməl etməməsi, bu gün də sərhəd bölgələrində təxribatlar törətməsi, sülh sazişini imzalamaqdan çəkinməsi, əksinə Azərbaycan mövqelərinə atəş açması erməniliyin mahiyyətini tam aşkarlayır. Dünya siyasətində yerini formalaşdırmayan, etibarlı dövlət kimi qəbul olunmayan, Rusiya, Qərb, o cümlədən Avropa arasında gedişlər edən işğalçı dövlətin KTMT tərkibində Qazaxıstanda « sülh yaradacağı» azərbaycanlılara məxsus bir el məsəlinə bənzəyir. Meşəyə xəbər yayılır ki, bayquş uşaq paylayır. Bütün quşlar bir ağızdan səslənirlər ki, bizim balamıza dəyməsin, onun heç nəyini istəmirik. İndi də ermənilər Qazaxıstanda aranı qarışdırmasın, müdrik qazax xalqı problemlərini el birliyi ilə aradan qaldıracaq. Sosial şəbəkələrdə milli keyfiyyətlərindən olan xəyanətkarlıqlarını gizlədə bilməyən erməni «sülhməramlılarının» qeyri-qanuni hərəkətləri, avtomobillərdə silah -sursat saxlamaları, etirazçıları silahlandırmaları barədə məlumatlar yayılmaqdadır. Necə deyərlər, it itdiyini tərgitsə də sumsünməyini tərgitməz. Sadalananlar, erməni məkrinin tanınması üçün əlavə ehtiyac duyulmayan məqamlar da nəzərə alınsa KTMT hərbçilərinin yedəyində sürünən erməni «sülhməramlıları»nın Qazaxıstana «yardımını» belə ifadə etmək olar: Tülkü həccə gedir.

Xuraman İsmayılqızı, «İki sahil»