13 yanvar 2022 11:32
704

Sançes bu rekordu yenilədi

“İnter”in hücumçusu Aleksis Sançes İtaliya Superkubokunda yeni rekorda imza atıb. 

"İki sahil" “Opta”ya istinadən xəbər verir ki, 33 yaşlı hücumçu buna ötən gecə “Yuventus”la görüşün 121-ci dəqiqəsində fərqlənməklə nail olub. Nəticədə o, turnirin tarixinə ən son anda vurulan qola imza atıb. 

Beləliklə, Sançes “Napoli”nin oyunçusu Qonzalo İquainin rekordunu qırıb. Futbolçu 2014-cü ildə “Yuventus”a qarşı görüşdə (2:2) 118-ci dəqiqədə fərqlənmişdi. 

Qeyd edək ki, “İnter” “Yuventus”u 2:1 hesabı ilə məğlub edərək İtaliya Superkubokunun qalibi olub.