14 yanvar 2022 15:17
465

Sayğaclarla bağlı "Gəncə Cihazqayırma Zavodu" ilə danışıqlar aparılır

"Azəriqaz" İstehsalat Birliyi "Gəncə Cihazqayırma Zavodu" ASC ilə istismar üçün yarasız olan sayğacların istehsalata yenidən qaytarılmasına dair danışıqlar aparılır.

“İki sahil” xəbər verir ki, bu barədə "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, əhali abonent qrupu üzrə qaz sayğaclarının istismar müddəti 10-20 il arasıdır, lakin 5 ildən bir sayğaclar dövlət yoxlanılmasına çıxarılır. Dövlət yoxlamasından keçən sayğacların təqribən 15-20% yararsız çıxır.

"Biz "Gəncə Cihazqayırma Zavodu" ilə danışıqlar aparırıq. Yəni yaxın gələcəkdə həmin yararsız çıxan sayğacların tam istehsalata qayıtması üçün işlər aparılır", - R. Əliyev qeyd edir.