14 yanvar 2022 20:56
1124

Türkiyədə xəstəxanaya yerləşdirilənlərin sayında artım var - Fəxrəddin Kocadan xəbərdarlıq

Yoluxma sayının artması ilə əlaqədar xəstəxanaya yerləşdirilənlərin sayında müəyyən qədər artım var.

“İki sahil” xəbər verir ki,  bunu Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca deyib.

O, qeyd edib ki, narahatlığa səbəb olacaq mənfi hal olmasa belə, ehtiyatlı olmaq lazımdır: “Omicron variantının yayılma sürəti çox yüksəkdir. Şəxsi gigiyena tədbirlərinə hər zamankından daha çox ehtiyacımız var. Peyvənd, maska və məsafə bizim ən vacib gücümüzdür”,- deyə nazir vurğulayıb.