Təsdiq olunmuş döyüş hazırlığı planına əsasən hərbi hissələrdə bölük komandirləri ilə komandir hazırlığı toplanışları keçirilib.
Müdafiə Nazirliyindən "İki sahil"ə verilən məlumata görə, toplanış müddətində komandirlər yüksək texnologiyanın da tətbiqi ilə ümumqoşun hazırlığı üzrə keçirilən nəzəri və praktiki məşğələlərdə müxtəlif tapşırıqları yerinə yetiriblər.
Toplanışın keçirilməsində əsas məqsəd komandir heyətinin idarəetmə bacarıqlarının və praktiki vərdişlərinin təkmilləşdirilməsidir.
Hərbi attaşe: Azərbaycan və Türkiyə şəhidləri cəsarət və fədakarlıq mücəssəməsidir
Rusiya ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlığın inkişafı müzakirə olunub