17 yanvar 2022 17:59
1910

SOCAR-ın yeni Baş geoloqu təqdim olunub

SOCAR-ın yeni təyin olunmuş Baş geoloqu Arzu Sahib qızı Cavadova şirkətin Baş ofisinin kollektivinə təqdim edilib.

“İki sahil” xəbər verir ki,  Arzu Cavadova 1989-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasını “Geoloji-kəşfiyyat” ixtisası üzrə bitirərək, elmi araşdırmalarla məşğul olmuş, 1994-1995-ci illlərdə ABŞ-ın UNOCAL Təqdiqat Mərkəzində “Karbohidrogen sistemləri-analitik təhlil üsulları və geoloji kəşfiyyat”, 1995-1996-cı illərdə isə Mobil Tədqiqat Mərkəzində “Karbohidrogen sistemləri-axtarış və kəşfiyyat üsulları, hövzə modelləşdirilməsi” mövzusunda təlimlərdə və müvafiq tədqiqat işlərində aparıcı mütəxəssis kimi fəal iştirak etmişdir.

1996-cı ildə ARDNŞ-nin Azərİnformatika İdarəsində mühəndis vəzifəsində əmək fəaliyyətini davam etdirən A.Cavadova 1998-ci ildən ARDNŞ-nin Dənizdə neft və qazçıxarma İB-nin Mərkəzi laboratoriyasında qrup rəhbəri vəzifəsində çalışmışdır. 1999-cu ildən 2007-ci ilədək ABŞ-nın Frontera Resourses şirkətində baş geoloq, Salyan OYL Şirkətində işlənmə üzrə geoloq, Delta Hess (ACG) Ltd. şirkətində geologiya üzrə Baş mütəxəssis vəzifələrində çalşmışdır. 2007-ci ildən BP şirkətində baş geoloji-kəşfiyyat işləri üzrə qrup rəhbəri, geoloji-kəşfiyyat üzrə menecer, karbohidrogen sistemləri üzrə baş mütəxəssis və baş geoloq, 2019-cu ildən geoloq vəzifəsində çalışıb.

2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Arzu Cavadova “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Azərbaycan Neftçi geoloqlar Cəmiyyətinin sədridir.

Arzu Cavadova geologiya-mineralogiya elmləri namizədi, 2 ixtira və 35 elmi əsərin müəllifidir.