19 yanvar 2022 17:49
821

Astarada toy: Qarlı havada rəqs/VİDEO

Bir neçə gün əvvəl Astaranın Hamoşam kəndində çəkilmiş bəy-gəlin toyunun videogörüntüləri marağa səbəb olub. 

“İki sahil” xəbər verir ki,  İctimai TV-nin efirində yayımlanan toy görüntülərində gəlinin ata ocağından köçdüyü kadrlar yer alıb. Videoda qonaqların qarın altında rəqs etməsi görünür. 

Qeyd edək ki, gəlin yanvarın 16-da rayonun Hamoşam kəndindən Motalayataq kəndinə köçüb. Həmin gün də kəndə 40 sm hündürlükdə qar yağıb. Bu səbəbdən də yeni evlənən cütlük qız evindən kəndin əsas yoluna çıxmaq üçün 150 metr piyada yol qət ediblər.