20 yanvar 2022 14:08
952

Yeni Azərbaycan Partiyasının nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər - FOTO/VİDEO

20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyasının nümayəndələri yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət ediblər.

Partiyanın mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata gğrə, YAP-ın nümayəndələri Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər gül dəstələri düzüblər.

Həmçinin, “Türk şəhidliyi” abidəsi də ziyarət olunub, abidənin önünə gül dəstələri düzülüb.