20 yanvar 2022 20:01
601

 Masallıda 20 Yanvar şəhidləri anıldı

20 Yanvar 2022-ci il tarixdə səhər saatlarından başlayaraq Ümumxalq Hüzn Günü Masallı şəhərinin Qəhrəmanlar parkında şəhidlərin xatirəsinə ucaldılmış «Şəhidlər abidə-kompleksi» önündə xüsusi karantin rejimi qaydaları gözlənilərək, ara məsafəsi saxlanılmaqla anıldı.

Tədbir başlamazdan əvvəl Masallı rayon ictimaiyyəti Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzmüşlər.

Ümumrayon anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov başda olmaqla, icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, YAP Masallı rayon təşkilatı idarə heyətinin üzvləri, rayonun hüquq-mühafizə orqanları, idarə-müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, din xadimləri, Qarabağ müharibəsi veteranları, şəhid ailələri, ictimaiyyət nümayəndələri Qəhrəmanlar parkında şəhidlərin xatirəsinə ucaldılmış «Şəhidlər abidə-kompleksi» abidəsi önünə tər qərənfil dəstələri düzərək 20 Yanvar şəhidlərinin  xatirəsini ehtiramla yad etmiş, ruhuna dualar oxumuşlar.
Ölkənin hər yerində olduğu kimi Masallı rayonu ərazisində də saat 12:00-da bir dəqiqəlik sükutla şəhidlərin əziz xatirəsi yad edilmiş, nəqliyyat vasitələri səs siqnalları vermişlə

Əlihüseyn Şükürov