20 yanvar 2022 23:07
671

İrəvanda İran vətəndaşının asılmış meyiti tapıldı

Ermənistanın paytaxtı İrəvanda İran vətəndaşının asılmış meyiti aşkarlanıb.

“İki sahil” xəbər verir ki, 25 yaşlı İran vətəndaşının meyiti David Anaxt küçəsindəki binada tapılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, məhkəmə-tibb ekspertizası təyin olunub.

Hazırda faktla bağlı araşdırma aparılır. Əlavə məlumat verilməyib.