20 yanvar 2022 23:42
809

Qanada güclü partlayış baş verib, ölənlər var VİDEO

Qananın qərbində güclü partlayış qeydə alınıb.

“İki sahil” xəbər verir ki, partlayıcı maddələr daşıyan avtomobil motosikletlə toqquşaraq aşıb.

Hadisə nəticəsində ölənlər və xəsarət alanların olduğu deyilir.

Zərərçəkənlərin əksəriyyəti xilas edilib və xəstəxanalara yerləşdirilib.

Polis təhlükəsizlik baxımından əhaliyə partlayış baş verən ərazini tərk etməyi tövsiyə edib.