21 yanvar 2022 17:42
603

Amerikalı müğənni vəfat etdi

Amerikalı rok musiqiçisi və aktyor Mit Louf (əsl adı Marvin Li Edey) 74 yaşında vəfat edib.

“İki sahil” xəbər verir ki, bu barədə müğənninin rəsmi feysbuk səhifəsində dərc olunan məlumatda deyilir. O, ötən gün dünyasını dəyişib. Mit həyatdan köçərkən yanında həyat yoldaşı Debora, qızları Perl və Amanda olub.

Qeyd edək ki, o, karyerası ərzində 100 milyon nüsxədən çox albom satıb. "Döyüş Klubu" (1999), "Fokus" (2001), "The Rocky" daxil olmaqla 65-dən çox filmdə rol alıb. M.Loufun 1977-ci ildə buraxılan "Bat Out of Hell" adlı albomu tarixdə ən çox satılan on albomdan biridir.