21 yanvar 2022 19:31
708

Manqala Fransa klubunda

“Mançester Siti”nin sabiq futbolçusu Elyakim Manqalanın yeni klubu məlum olub.

“İki sahil” xəbər verir ki, fransalı müdafiəçi karyerasını ölkəsində davam etdirərəcək.

30 yaşlı futbolçu “Sent-Etyen”ə keçib. Bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Manqala ilə müqavilənin müddəti mövsümün sonuna qədərdir.

Qeyd edək ki, Manqala karyerası ərzində Portuqaliyada “Portu”, İngiltərədə “Everton”, “Mançester Siti”, İspaniyada “Valensiya” kimi klublarda çıxış edib. O, 2021-ci ilin yayından klubsuz idi.