22 yanvar 2022 08:06
614

Filippində 6 bal gücündə zəlzələ baş verib

Filippin sahillərində 6 bal gücündə zəlzələ olub.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələ Bakı vaxtı ilə 06.26-da qeydə alınıb.

Zəlzələnin episentri Saranqani bələdiyyəsindən 231 kilometr cənub-şərqdə, ocğı isə 24 kilometr dərinlikdə yerləşib.

Mümkün tələfat və dağıntılar barədə hələlik məlumat verilməyib.