22 yanvar 2022 11:53
541

67 YDM-də “Azərbaycan guşəsi” yaradılıb

SOCAR-ın Rumıniyanın 26 şəhərində 67 yanacaqdoldurma məntəqəsi (YDM) fəaliyyət göstərir.

“İki sahil” xəbər verir ki, şirkətin Rumıniyadakı bütün məntəqələrində “Azərbaycan guşəsi” yaradılıb. YDM-lərdə yanacaq satışı həyata keçirməklə yanaşı, “Madein Azerbaijan” brendinin məhsulları təbliğ edilir, Azərbaycan nemətləri əcnəbilərə tanıdılır.