24 yanvar 2022 13:26
1082

SOCAR-dan İkinci Qarabağ müharibəsi iştirakçısı haqqında paylaşım - FOTO

SOCAR İkinci Qarabağ müharibəsi iştirakçısı olan, daha bir əməkdaşı haqqında "Facebook" səhifəsində paylaşım edib.

“İki sahil” xəbər verir ki, paylaşımda qeyd olunur ki, SOCAR-ın Karbamid zavodunun informasiya texnologiyaları mühəndisi Samir Əsgərov neftçi ailəsinin bir üzvüdür.

Zavodun lokal internet şəbəkəsinin, elektron və yanğın mühafizə sistemlərinin, eləcə də istehsalat sahələrində təhlükəsizlik sistemlərinin işinin etibarlı təmin edilməsinə cavabdeh olan şəxslərdəndir. Məsuliyyəti və nizam-intizamı ilə seçilən həmkarımız Aprel döyüşləri və Vətən müharibəsinin iştirakçısıdır. Cəbrayıl, Füzuli, Xocavənd rayonlarının və Şuşa şəhərinin azad olunmasında yaxından iştirak edib, 5 medalla təltif olunub.