24 yanvar 2022 21:43
728

Paşinyan Antalyaya gedəcəkmi? "Fürsəti əldən vermək məntiqsiz olardı"

Ermənistanın Baş naziri Nikol Paşinyan bu il Türkiyə ilə diplomatik münasibətlər qurulacağını istisna etməyib.

“İki sahil” xəbər verir ki,  o, bu barədə onlayn mətbuat konfransında bildirib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğludan bu il martın 11-dən 13-dək Antalyada keçiriləcək diplomatik forumda iştirak etmək üçün dəvət almasından danışan Paşinyan qeyd edib ki, Ermənistanın dəvəti qəbul edəcəyi ehtimalı yüksəkdir:

"Hər şey o zamankı situasiyadan asılıdır. Amma xüsusi nümayəndələrin ilk görüşündən sonra Ermənistanın bu təklifi qəbul edəcəyi ehtimalı artıb. Bu fürsəti və dialoqun səbəbini əldən vermək məntiqsiz olardı".  O qeyd edib ki, dünya birliyi - Rusiya, Aİ, ABŞ, region ölkələri bu prosesi dəstəkləyir.

“Bu il diplomatik münasibətlər qurmaq olarmı? Bunu proqnozlaşdıra bilmərəm. Ancaq diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması məntiqli olardı”, - deyə erməni baş nazir vurğulayıb.