25 yanvar 2022 14:03
739

“Şuşa mədəniyyətinin inciləri” adlı layihəyə start verilib

Mədəniyyət Nazirliyi “Şuşa mədəniyyətinin inciləri” adlı layihəyə başlayıb.

Nazirlikdən "İki sahil"ə verilən məlumata görə, Şuşanın zəngin mədəniyyətini daha geniş əhatə etmək üçün layihə yeddi bölmədən ibarət olacaq: “Şuşanın memarlıq salnaməsi”, “Azərbaycan musiqisinin məbədi – Şuşa”, “Muğam ocağı – Şuşa”, “Qarabağ xalçaçılıq məktəbi – Şuşa”, “Şuşanın ədəbi həyatı”, “Şuşanın simaları”, “Şuşa milli geyim üslubu”.

Layihə çərçivəsində hazırlanan məlumatların internet məkanında, o cümlədən sosial media hesablarında yayımlanması nəzərdə tutulur. Təbliğat materialları ilkin olaraq Mədəniyyət Nazirliyinin rəsmi “Facebook”, “İnstagram” və “Twitter” səhifələrində yayımlanacaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2022-ci il “Şuşa İli” elan olunub.