25 yanvar 2022 21:44
753

Avroviziyanın aparıcıları kimlər olacaq? - FOTOLAR

May ayında İtaliyada keçirilməsi planlaşdırılan Avroviziya mahnı müsabiqəsinin aparıcıları bəlli olub.

“İki sahil” xəbər verir ki, bu barədə "Adnkronos" xəbər agentliyi məlumat yayıb. Qeyd olunub ki, beynəlxalq layihənin simaları TV ulduzu Alessandro Cattelan, müğənnilər Laura Pausini və Mika olacaq.

Rəsmi açıqlamanın Sanremo gecəsində olacağı gözlənilir.