Bu gün Xalq artisti Aygün Kazımovanın 51 yaşı tamam olur.
“İki sahil” xəbər verir ki, müğənni özəl günündə də pərəstişkarlarını unutmayıb və onları sevindirib. Kazımova sevənlərinə hədiyyə təqdim etmək qərarına gəlib.
İfaçı yeni rusdilli albomundan olan “Nirvana” mahnısına çəkilmiş klipi təqdim edib. “Yeni klipimi sizinlə paylaşmaq üçün daha yaxşı gün düşünə bilməzdim!” deyə, A.Kazımova bildirib.
Klipin rejissoru Əli Abbasov, montajını isə Fuad Əlişov edib.
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" uğurla başa çatıb
Dənizkənarı Milli Parkda möhtəşəm musiqi axşamı: Tünzalə Ağayeva gecənin ulduzu oldu