27 yanvar 2022 12:06
692

Nazir Kəlbəcərə yeni nümayəndə təyin etdi - FOTO

Mədəniyyət Nazirliyinin Kəlbəcər rayonu üzrə nümayəndəsi vəzifəsinə təyinat olub.

“İki sahil” xəbər verir ki, bununla bağlı mədəniyyət naziri Anar Kərimov əmr imzalayıb.

Əmrə əsasən, Xaliq Dağyunus oğlu Muxtarov nazirliyin Kəlbəcər rayonu üzrə nümayəndəsi vəzifəsinə gətirilib.