28 yanvar 2022 13:40
843

“Kitabi-Dədə Qorqud”un özbək dilinə tərcüməsi başa çatıb

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan ədəbiyyatı özbək dilində” layihəsi əsasında "Kitabi-Dədə Qorqud" dastanı özbək dilinə tərcümə olunub.

Nazirlikdən "İki sahil"ə verilən məlumata görə, dastana daxil olan on iki boyu özbəkistanlı alim, tərcüman Babaxan Şarif özbək dilinə çevirib.

Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi bu il ““Kitabi Dədə Qorqud” dastanı Azərbaycan, türk dünyası şifahi xalq ədəbiyyatının zirvəsi, ən qədim yazılı abidəmiz” adlı beynəlxalq konfransın keçirilməsini, habelə özbək dilinə tərcümə olunmuş dastanın Daşkənddə nəşrini planlaşdırır.