Bakıda əfsanəvi skripkaçı və musiqi xadimi Gidon Kremerin 75 illiyinə həsr olunan konsert baş tutacaq.
“İki sahil” xəbər verir ki, konsert martın 5-də Heydər Əliyev Mərkəzində keçiriləcək.
Məşhur maestro ilə birlikdə skripkaçı Madara Petersone (Latviya) və Azərbaycanın Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi ilə Bakı Kamera Orkestri bir səhnədə çıxış edəcək.
Qeyd edək ki, beynəlxalq səviyyəli skripkaçı kimi, o, Leonard Bernstein, Riccardo Muti, Claudio Abbado, Lorin Maazel, Herbert von Karajan, Nikolaus Harnoncourt, Seiji Ozawa kimi nüfuzlu dirijorlarla və ən böyük orkestrlərlə bərabər çıxış edir.