09 fevral 2022 17:19
4959

"Youtube" rəsmi səhifəsində məşhur "Kənd həyatı"nı paylaşdı - FOTO

"Youtube" rəsmi instaqram hesabında bu dəfə azərbaycanlılara məxsus "Country life vlog" ("Kənd həyatı") kanalı ilə bağlı paylaşım edib.

 

“İki sahil” xəbər verir ki, sözügedən kanaldan kadrlar paylaşan platforma fotoya "Country Life Vlog" hər kəsin xəyal etdiyi ferma həyatını yaşayır” şərhini yazıb. Şəklə qısa müddət ərzində 21 mindən çox bəyənmə gəlib.

Qeyd edək ki, Azərbaycanın dünyaca məşhur "Kənd həyatı" kanalının abunəçilərinin sayı 3 milyondan çoxdur. Videolar Qusarın Hil kəndində yaşayan ailə tərəfindən hazırlanır. Süjetlərin məzmunu Əzizə Rəmixanovanın öz bostanında yetişdirdiyi məhsullardan yeməklərin hazırlanmasından ibarətdir.