03 oktyabr 2026 08:19
77

ABŞ-nin çağırışını Fransa, Almaniya və Böyük Britaniya da daxil olmaqla, bir sıra ölkələr dəstəkləyib

ABŞ bütün BMT üzv dövlətlərini İranın nüvə proqramı ilə bağlı Tehrana qarşı tətbiq olunan sanksiyalara əməl etməyə çağırıb.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda bildirilib. Vaşinqton İranın nüvə və ballistik raket proqramlarını bərpa etmək cəhdlərinə qarşı səylərin əlaqələndirilməsinin davam etdiriləcəyini bildirib. ABŞ, həmçinin İranı nüvə silahlarının yayılmaması ilə bağlı öhdəliklərinə əməl etməyə və Beynəlxalq Atom Enerjisi Agentliyi ilə tam əməkdaşlıq etməyə çağırıb.

Bəyanatda qeyd olunub ki, ABŞ-nin çağırışını Fransa, Almaniya və Böyük Britaniya da daxil olmaqla, bir sıra ölkələr dəstəkləyib.