02 avqust 2020 18:48
795

286 nəfər koronavirusa yoluxdu, 639 nəfər sağaldı

Azərbaycanda 286 nəfər koronavirusa yoluxdu, 639 nəfər sağaldı, 8 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 286 yeni yoluxma faktı qeydə alınıb, 639 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.