19 fevral 2022 12:30
779

Xəzər rayonu ərazisində növbəti abadlıq-təmizlik aksiyası keçirilib

Xəzər rayonunun bütün qəsəbələri əhatə olunmaqla genişmiqyaslı ümumrayon iməcliyi keçirilib.

“İki sahil” xəbər verir ki, 18 fevral 2022-ci il tarixində səhər saatlarından etibarən rayon ərazisində təmizlik işlərinin həyata keçirilməsinə başlanılmışdır.

İməcilik zamanı əsasən rayonun mərkəzi küçə və prospektlərində, park və xiyabanlarında abadlaşdırma işləri aparılmış, mövcud yaşıllıqlar bərpa edilmiş, yeni yaşıllıq zolaqları yaradılmışdır və ətraf ərazidə təmizlik işləri aparılır.

Keçirilən təmizlik aksiyasında Mənzil-Kommunal Təsərrüfatı Birliyi, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, qəsəbə bələdiyyələri və digər idarə, müəssisə və təşkilatlarda bilavasitə iştirak edirlər.

Xəzər rayonunda aparılan abadlıq-quruculuq, yenidənqurma işləri ilə yanaşı, mütəmadi olaraq həftə sonları iməciliklər də təşkil edilir.